Robert Köçəryan bu üsulla oğlunu həbsdən çıxarır - DETALLAR

Hazırda oxunan: Robert Köçəryan bu üsulla oğlunu həbsdən çıxarır - DETALLAR

163164

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan “Ermənistan” fraksiyasından deputat mandatını alacaq.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə informasiyanı Mərkəzi Seçki Komissiyasının iclasında Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Ovakimyan yayıb.

Daha əvvəl məlum olub ki, “Ermənistan” fraksiyasından olan deputat Armen Çarçyan mandatından istefa verib. 
Siyahıda ondan sonra gələn və eyni blokda yer  olan Ermənistan parlamentinin deputatlığına namizədləri - Miqrdat Madatyan (№ 47), Angela Nalbandyan (№ 48), Gerasim Vardanyan (№ 49) Mərkəzi Seçki Komissiyasına mandatlarından imtina etmək üçün vəsatətlər təqdim ediblər. Nəticədə 50 saylı siyahıda göstərilən namizəd Levon Köçəryan deputat mandatı alacaq.

Ovakimyan qeyd edib ki, deputat mandatından bir neçə namizəd imtina edib və seçki siyahısında növbə kiçik Köçəryana çatıb.

Hazırda Levon Köçəryan həbsdədir. Köçəryanın azadlığa buraxılmasına əsas Konstitusiya Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarıdır. Vəkillərin sözlərinə görə, eks-prezidentin oğlu azadlığa buraxılacaq, lakin ona qarşı cinayət təqibi dayandırılmayacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin