Sosial şəbəkələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adından saxta məlumatlar paylaşılıb.
Bizim.Media xəbər verir ki, məlumatda aprelin 2-dən 14-dək məktəblərin koronavirus səbəbindən bağlanacağı iddia edilib.
MÖVZU İLƏ BAĞLI:
Təhsil Nazirliyi məktəblərlə bağlı sorğu keçirir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məsələ ilə bağlı açıqlama yayıb və bunun saxta olduğunu bildirib:
“Əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar!”
Bizim.Media