Azərbaycan millisində yeni CÜDOÇU 

Hazırda oxunan: Azərbaycan millisində yeni CÜDOÇU 

163148

Beynəlxalq Cüdo Federasiyası Acelya Toprakın 3 noyabr 2023 ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib.  

Bizim Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat verib. 

Acelya Toprak qadınlardan ibarət milli yığmanın tərkibində -57 kq. çəki dərəcəsində mübarizə aparacaq.

Hazırda dünya reytinqində 27-ci yerdə gedən idmançı 2022-ci ildə keçirilən Pert Açıq Okeaniya turnirinin gümüş medalçısıdır və 2017-ci ildə gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb. 

“Dünyanın ən uğurlu cüdo komandalarından biri hesab olunan Azərbaycan cüdo millisinə qoşulduğum üçün həyəcanlı və sevincliyəm. Mən şadam ki, uğurlu transferdən sonra 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına  namizədliyimi Azərbaycan milli yığmasının tərkibində davam etdirə biləcəyəm. Həyatım olimpiya səyahətinə həsr olunub və inanıram ki, bu inanılmaz dəstəkləyici mühitdə böyük nailiyyətlər əldə edə biləcəyəm.  
Buradakı qonaqpərvərlik çox yaxşıdır və mən Azərbaycanın qüruru üçün mübarizə aparacağam. Azərbaycanı Paris Oyunlarında həm fərdi, həm də komanda yarışlarında təmsil etməyi səbirsizliklə gözləyirəm. Həmçinin, Azərbaycan cüdosunun qadın siması kimi fəaliyyət göstərməkdən və ACF-in məqsədinə çatmasına kömək etməkdən məmnunam.

Son olaraq, Bakıda məni səmimi qarşıladıqları üçün ACF-in rəhbərliyinə, məşqçilərə, idmançılara və federasiyanın heyətinə təşəkkür edirəm", - deyə Acelya Toprak bildirib. 

Qeyd edək ki, idmançının transferində əsas məqsəd komanda daxili rəqabəti artırmaqla yanaşı, güclü məşq partnyoru hesabına perspektivli gənc və yeniyetmə idmançıların inkişafına dəstək olmaqdır.  

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin