İşxan Verdyan: “Ermənistanın Qarabağdan danışmağı Azərbaycan suverenliyinə təcavüz cəhdidir” – ÖZƏL

Hazırda oxunan: İşxan Verdyan: “Ermənistanın Qarabağdan danışmağı Azərbaycan suverenliyinə təcavüz cəhdidir” – ÖZƏL

163122

“Ermənistanla Azərbaycan arasında gərginlik hələ də davam edir. Baş nazir Paşinyanın sülh gündəmi haqqında danışmaq üçün cəhdlərinin olmasına baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycana qarşı son dərəcə aqressiv ritorikasını davam etdirir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İşxan Verdyan: “Qarabağdakı qondarma qurumun fəaliyyətini terror aktı kimi qəbul edirəm” - ÖZƏL 


Ermənistanın revanş əhval-ruhiyyəsindən ayılmalı olduğuna diqqət çəkən Verdyan, belə sərt ritorikanın ölkənin gələcək taleyi ilə bağlı suallar yaratdığını vurğulayıb. 

“Xarici İşlər Nazirliyi qeyri-qanuni blokada, etnik təmizləmə, soyqırım, məcburi köçürmə və s. kimi şablonlardan istifadə etməkdə davam edir. Görünür, Ermənistan özünü tamamilə məhv edənə qədər dayanmaq fikrində deyil. Buna görə də, “təzyiq” göstərməyə davam edir.

Ermənistan hakimiyyətinin bu davranışı məntiqə ziddir, xüsusən də Qarabağ məsələsinin bitdiyini nəzərə aldıqda. 

Əgər Qarabağdakı nominal status-kvo şəraitində Ermənistanın davranışı ən azı hansısa formada izah oluna bilərdisə, indi onun bütün addımları Azərbaycanın suverenliyinə qarşı təcavüzdür. Görünür, Ermənistan sərhədinin harada olduğunu və səlahiyyətlərinin harada bitdiyini hələ müəyyənləşdirməyib. 

Azərbaycan torpaqlarının “məhv edilməsi” kimi fəlakətli siyasət hələ də davam edir və belə görünür ki, Ermənistan Azərbaycanın daxili işləri ilə bağlı şərtləri diqtə etməkdən imtina etmək fikrində deyil”. 

Bloger əlavə edib ki, bütün gərginliklərə baxmayaraq sülh uzaqda deyil. Rusiya-Ermənistan münasibətlərindəki gərginliyə baxmayaraq, İrəvan Kremlin də imzası ilə sülhə qol çəkəcək:

“Tamamilə aydındır ki, Rusiya ilə Ermənistan arasında münasibətlərdə müəyyən gərginlik olsa da, çox güman ki, Rusiyanın fəal iştirakı olmadan sülh müqaviləsi imzalamaq mümkün olmayacaq. Burada söhbət müqavilənin imzalandığı şəhərdən deyil, Rusiyanın bu imzalanmada iştirakı ilə bağlıdır. Rusiya Ermənistan üçün kritik faktordur və onun açıq razılığı olmadan Ermənistan heç bir ciddi addım atmayacaq. Deməli, saziş hətta Vaşinqtonda da imzalana bilər, lakin bu razılaşmada Rusiyanın fikri mütləq nəzərə alınacaq”, - deyə İ.Verdyan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin