“Qarabağ”dan mövsümün REKORDU 

Hazırda oxunan: “Qarabağ”dan mövsümün REKORDU 

163073

Premyer Liqanın XII turunun “Qarabağ” – “Kəpəz” oyunu mövsümün rekordları ilə zəngin olub.  

Bizim.Media PFL-ə istinadən xəbər verir ki, Ağdam klubunun 7:1 hesablı qələbəsi ilə başa çatan matçda məhsuldarlıq rekordları yenilənib. 

8 qolun vurulduğu bu qarşılaşma mövsümün ən məhsuldar görüşü olub. Bunadək ən çox top oktyabrın 20-də keçirilən “Səbail” – “Neftçi” oyununa təsadüf etmişdi. 6 qolun vurulduğu həmin matçda qonaqlar 4:2 hesabı ilə qalib gəlib. 

Bu, mövsümün ən böyük hesabıdır. “Qarabağ”a qədər 6 top fərqi ilə qalib gələn olmayıb.

Avqustun 6-da “Sabah” “Qəbələ”ni, sentyabrın 29-da “Qarabağ” “Sumqayıt”ı 5:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun yetirmələri cari çempionatda bir matçda 5-dən çox qol vuran ilk komandadır. 
Bunadək rekord 5 dəfə fərqlənən “Sabah”la “Qarabağ”a məxsus idi.“Kəpəz”in qapısından üç top keçirən Yassin Benzia mövsümdə ilk het-trikin müəllifi olub. Premyer Liqanın əvvəlki 57 qarşılaşmasında heç bir futbolçu ikidən artıq qola imza atmayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin