Bu gün Laçına dünyanın 26 ölkəsindən 50 səyyah gəlib - FOTO

Hazırda oxunan: Bu gün Laçına dünyanın 26 ölkəsindən 50 səyyah gəlib - FOTO

163026

İşğaldan azad olunan ərazilərimizdə erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması bu gün də davam edir. Bu həqiqətlərin bütün dünya əhalisinə tanıdılmasının bir üsulu da səyyahların işğaldan azad olunan ərazilərimizə səyahətlərinin təşkilidir. Mehrac Mahmudov da artıq bir müddətdir ki, dünya səyyahlarının Qarabağın müxtəlif ərazilərinə səyahətlərini təşkil edir. Belə səyahətlərdən biri də bu gün Laçına təşkil olunub.

Bizim.Media xəbər verir ki, Mehrac Mahmudovun sözlərinə görə, bu, artıq səyyahların işğaldan azad edilmiş ərazilərimizə doqquzuncu səfəridir. 

Belə ki, bu gün Laçına dünyanın iyirmi altı ölkəsindən əlli səyyah gəlib.

Təşkilatçı qeyd edib ki, bu səyahətlərin təşkil edilməsində əsas məqsəd ermənilərin bu ərazilərdə törətdiyi dağıntıları və bu dağıntılardan sonra Azərbaycanın burada apardığı bərpa və quruculuq işlərini səyyahlara göstərməkdir: 
“Səyyahlar burada gördüklərini videolentə alır və öz səhifələrində paylaşırlar. Onlar tanınmış səyyahlar olduğu üçün səhifələrində paylaşdlıqları videonu təmsil etdikləri ölkələrdə yaşayan insanlar görür və bununla da biz bu həqiqətləri dünyaya çatdırmış oluruq. Eyni zamanda o səyyahlar bu ərazilərin turizm potensialına malik olduğunu da görürlər”

Qeyd edək ki, indiyədək işğaldan azad olunan ərazilərə Mehrac Mahmudovun təşkilatçılığı ilə 300-dən çox səyyah gəlib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin