Sabirabadda 5 nəfərdən sənədsiz ov tüfəngləri götürüldü - FOTO

Hazırda oxunan: Sabirabadda 5 nəfərdən sənədsiz ov tüfəngləri götürüldü - FOTO

162968

Sabirabad rayon sakini qanunsuz olaraq saxladığı avtomatı könüllü olaraq polisə təhvil verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AKM” markalı avtomat silahını polis şöbəsinə təhvil verib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində keçirilən tədbirlər zamanı isə 5 nəfər rayon sakinindən sənədsiz ov tüfəngləri götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin