Peter Siyarto: “Türkiyə və türk dünyası olmadan Avropada dayanaqlı təhlükəsizlik arxitekturası olma

Hazırda oxunan: Peter Siyarto: “Türkiyə və türk dünyası olmadan Avropada dayanaqlı təhlükəsizlik arxitekturası olma

162942

“Ukraynadakı müharibə daxil olmaqla, mövcud geosiyasi çağırışlar fonunda Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılması üçün Türkiyənin və türk dövlətlərinin iştirakı vacibdir”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Qazaxıstanın “Silk Way” televiziya kanalına müsahibəsində deyib. 

O bildirib ki, Türkiyə və türk dünyası olmadan Avropada dayanaqlı təhlükəsizlik arxitekturası olmayacaq:

“Bu davamlı strategiyanın həyata keçirilməsi üçün Türkiyə və türk dövlətlərinin, xüsusən də Mərkəzi Asiya ölkələrinin iştirakı lazımdır”. 

Siyartonun sözlərinə görə, Mərkəzi Asiyada təhlükəsizlik nəzərə alınmadan Avropada təhlükəsizlik təmin olunmayacaq və heç vaxt reallığa çevrilməyəcək:

“Buna görə də bizim əməkdaşlıq əlaqələrimiz gələcəkdə daha sıx və möhkəm olmalıdır”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin