"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" Almaniya Bundesliqasında 10-cu tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Leverkuzen təmsilçisi "Hoffenhaym"ın qonağı olub və 3:2 hesabı ilə gəlib.
"Hoffenhaym" - "Bayer" - 2:3
Qollar: Virtz, 9 (0:1), Qrimaldo, 45+1 (0:2), Staç, 56 (1:2), Veqhorst, 58 (2:2), Qrimaldo, 70 (2:3)
Bu nəticədən sonra xalını 28-ə (10 oyun) çatdıran Xabi Alonsonun baş məşqçisi olduğu komanda turnir cədvəlində liderliyi möhkəmləndirib. "Bavariya" 23 xalla (9 oyun) 2-ci, "Ştutqart" 21 xalla (9 oyun) 3-cüdür.
Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında ilk oyunda Almaniya klubu 5:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında ikinci matç noyabrın 9-da Bakıda keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:11 / 04.11.2023
"Bayer"dən Bundesliqada 9-cu qələbə
Hazırda oxunan: "Bayer"dən Bundesliqada 9-cu qələbə
Hazırda oxunan: "Bayer"dən Bundesliqada 9-cu qələbə
162939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.