Sabunçu icra başçısından qazi və şəhid ailələrinə saymazlıq – ŞİKAYƏT

Hazırda oxunan: Sabunçu icra başçısından qazi və şəhid ailələrinə saymazlıq – ŞİKAYƏT

16293

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qazilərə və şəhid ailələrinə hörmətsizlik edir. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında qazi Rey Kərimoğlu söyləyib.

“Şəhid ailəsi var ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq proqramına  qoşulub. Onlara müəyyən avadanlıqlar da verilib. Di gəl ki, icra hakimiyyəti onlara 2 metrlik yer ayırmır ki, işlərini qursunlar.

Qarabağ Qazilər İctimai Birliyi var, onlara bina vermirlər. Hansı problemlə müraciət edirlər, onları saymırlar. İllərdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bu təbəqədən olan insanlara hörmətsizlik və saymamazlıq edir”.

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ qaziləri arasında gərginlik yaradılır - Bunu edən kimlərdir? - FOTO


Bizim.Media olaraq həmin şikayətçilərdən bir neçəsi ilə əlaqə saxladıq.

Sabunçu rayonu üzrə Qarabağ Qazilər İctimai Birliyinin sədri Sadiq Quliyev söylədi ki, onların fəaliyyət göstərməyi üçün inzibat binaları yoxdur:

“Dəfələrlə Sabunçu RİH-də qəbulda olmuşuq. Deyiblər ki, sizə bina vermək bizim səlahiyyətimizdə deyil. Gah bizi Əmlak Məsələləri üzrə  Dövlət Xidmətinə, gah da ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərirlər. Pandemiyaya görə də icra başçısı bizi qəbul etmir. Bizə bina lazımdır.

Qazilərimizlə bir araya gəlirik, müzakirələr aparırırıq, problemlərimizi həll edirik. Bir iş adamı var idi, dəmir konstruksiyadan hazırlanan  tikilini bizə hədiyyə etmişdi, amma bizim normal şəraitli binaya ehtiyacımız var. Axı niyə biz  öz müavinətimizlə məkan  tutmalıyıq?”.

Şəhid atası Mütəllim İbrahimli  isə dedi ki, məşğulluq xidmətindən avtoyuyuculuq üçün lazım olan avadanlıqlar verilib, lakin uyğun bir məkan tapmırıq ki, fəaliyyətə başlayaq:

“Mən xahiş edirəm ki, icra hakimiyyəti bizə bu şəraiti yaratsın”.

Şikayətlərlə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da telefonlarımıza cavab verən olmadı.

Şikayətçilərin müraciətlərinə Sabunçu Rayonu İcra Hakimiyyətindən müsbət cavab verilənə qədər mövzunu diqqətdə saxlayacayıq.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin