İzmirdə ölü sayı 12-ə yüksəldi – YENİLƏNİB

Hazırda oxunan: İzmirdə ölü sayı 12-ə yüksəldi – YENİLƏNİB

1629

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı 12, yaralıların sayı 419-a çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türiyə mətbuatı məlumat yayıb.

İzmirin Bələdiyyə Sədri Tunc Soyer vətəndaşlara bu gecə evlərinə girməməkləri üçün müraciət edib.

***

İzmirdə baş verən  zəlzələ nəticəsində 4 nəfər ölüb.

Bizim.Media xəbər verir ki,  bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 120 nəfər yaralanıb.

***

İzmirin Seferihisar rayonunda baş verən 6,6 bal gücündə baş verən zəlzələdə bir çox binalar dağılıb.

Bizim.Media Cumhuriyyet qəzetinə istinadən xəbər verir ki, Bornova rayonunda binanın dağıntıları altında qalan insanların qışqırtıları, yardım istəmələri kameralara düşüb.

 Qeyd edək ki, zəlzələ qısa aralarla davam edir. Telefon operatorları iflic olub. Xilasedicilər dağıntılar altında qalan insanları xilas etmək üçün mübarizə aparırlar.

***
"Bu gün İzmirdə baş verən güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə aidiyyəti qurumlar əraziyə göndərilib".

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twıtter" səhifəsində açıqlama verib.

İzmir Bələdiyyə sədri Tunc Şoyer isə zəlzələ nəticəsində 20-yə yaxın binada dağıntı olduğunu qeyd edib. 

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu isə "Facebook" səhifəsində  indiyə qədər İzmir, Bornova və Bayraklıda 6 binanın dağılması ilə bağlı bildirişin gəldiyini yazıb.

O qeyd edib ki, Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın və Muğla bölgələrində kiçik çatlar xaricində insan itkisi ilə bağlı məlumat verilməyib:

“Komandalarımız axtarış və xilasetmə işini davam etdirir”.

Qeyd edək ki, bu gün Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub. Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin