Studiyaya gətirilən hərbi geyim Damlanı göz yaşına boğdu - VİDEO

Hazırda oxunan: Studiyaya gətirilən hərbi geyim Damlanı göz yaşına boğdu - VİDEO

162726

Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova efirdə göz yaşlarına qərq olub. 

Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin qonaq olduğu “İncə səhər” verilişinə mərhum atasının hərbi geyiminin gətirilməsi olub. 

Valideyninin hərbi geyimini görən Damla göz yaşlarına hakim olmayıb. 

Müğənni bildirib ki, atası onun sənətə gəlməsinə maneə olmayıb: 

“Bu atamın geyimidir. Hərbçi ailəsində doğulmuşam. Bunu dəfələrlə verdiyim müsahibələrdə demişəm. Anam atamın bütün geyimlərini, papaqlarını, poqonlarını saxlayır. Biz nizam-intizamlı və son dərəcə ciddi bir ailədə tərbiyə almışıq.
Atam nə qədər şən və pozitiv insan olsa da, biz onun gözünün ağartmasından artıq nəyinsə qaydasında olmadığını bilirdik. Hərbi geyimdə atam işdən geri qayıdanda onun boynuna sarılırdıq (ağlayır). Atamın üzüyü məndə olub. İnşallah oğlum evlənəndə onun barmağına o üzüyü taxacağam”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin