2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Bizim.Media Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib.
- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
- Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkilib.
- Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib. Düşmənin daha 4 ədəd "Qrad"ının məhv edilməsinin videogörüntüsü yayılıb.
- Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutub. Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutub.
- Düşmənin canlı qüvvəsinin darmadağın edilməsinin videogörüntüsü yayılıb.
- Düşmənin "KUB" zenit-raket kompleksinin dəqiq atəşlə məhv edilməsinin videogörüntüsü yayılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:44 / 02.11.2023
44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr
Hazırda oxunan: 44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr
Hazırda oxunan: 44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr
162546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.