Xorvatiya kubokunun 1/8 final mərhələsinin bir sıra oyunları baş tutub.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo”(Zaqreb) “Oriolik”lə qarşılaşıb.
Görüş zaqreblilərin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana 62-ci dəqiqədə daxil olan Emreli 15 dəqiqə sonra komandasının 7-ci qolunu vurub. Qələbə “Dinamo”nu Xorvatiya kubokunun 1/4 finalına çıxarıb.
Rəşad Rafiqoğlu, Bizim.Media