“Sabah” bu gün Çexiya klubu ilə QARŞILAŞACAQ 

Hazırda oxunan: “Sabah” bu gün Çexiya klubu ilə QARŞILAŞACAQ 

162436

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.  

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada “Nimburk”un qonağı olacaq.  

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. 

Qeyd edək ki, “Sabah” ilk görüşündə səfərdə Şimali Makedoniya “Mornar”ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub. Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin