Qaçqın və məcburi köçkün məktəblərinin aqibəti necə olacaq? - Nazirdən AÇIQLAMA 

Hazırda oxunan: Qaçqın və məcburi köçkün məktəblərinin aqibəti necə olacaq? - Nazirdən AÇIQLAMA 

162431

Antiterror tədbirlərinin həyata keçirildiyi ərazilərə ən qısa zamanda məktəblərin və əhalimizin qayıdışını görəcəyik, lakin bununla bağlı konkret tarix vermək müvafiq qərargahın qərarından sonra məlum olacaq. 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

Nazir bildirib ki, orada təhlükəsizlik və digər məsələlər təmin olunduqdan sonra bu, mümkün olacaq. O ki qaldı keçmiş qaçqın və məcburi köçkün məktəblərinin aqibətinə, nazir bildirib ki, burada iki variant var. 

"Elə məktəblər var ki, sonradan yeni bina tikilib. Məsələn, 1 saylı Şuşa məktəbi tarixi yerinə qayıdırsa, onun Bakıdakı binası müvafiq ərazi üzrə uyğunlaşdırılacaq və həmin məktəb Bakı məktəbi kimi fəaliyyətini davam etdirəcək. Lakin elə məktəblər də var ki, ayrıca binası olmayıb. Binası olmadığı üçün nəyisə ləğv etməyə ehtiyac yoxdur". 
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin