Rusiya mediasının demək olar ki, aparıcı fiqurlarından biri Marqarita Simonyan özünü efirdə biabır edib.
Bizim.Media xəbər verir ki, Rusiyanın RT telekanalının, “Russia Today” və “Sputnik” informasiya agentliklərinin Baş redaktoru bu dəfə ermənipərəst jurnalist kimi ad çıxaran Vladimir Solovyovun verilişində el arasında deyildiyi kimi lap “ağ edib”.
O, “Rossiya 1” kanalında yayımlanan “Salovyev ilə gecə” verilişində absurd fikirlər səsləndirib.
Simonyan iddia edib ki, onlar (erməni olsa da o, dəfələrlə milliyətinin rus olduğunu deyib) Konstantinopolu türklərə, Parisi fransızlara, Tiflisi gürcülərə, Polşanı polşalılara və Finlandiyanı finlərə hədiyyə ediblər:
“O ölkələrə bu şəhərləri biz hədiyyə etmişik. Yəni biz onları qazana bilərdik, sadəcə olaraq istəməmişik və hədiyyə etmişik”,- deyə o bildirib.
Marqarita bununla guya Rusiya hökümətinə olan sadiqliyini göstərmək istəyib. Lakin insanların gözündə yaltaq bir obraz yaradıb.
Sosial şəbəkə istifadəçiləri şərhlərdə Simonyana öz fikirlərini yazaraq onu tənqid, hətta bəziləri təhqirdən də yan keçməyib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:43 / 30.03.2021
Simonyandan sərsəm açıqlama – İstanbulu türklərə biz hədiyyə etmişik – VİDEO
Hazırda oxunan: Simonyandan sərsəm açıqlama – İstanbulu türklərə biz hədiyyə etmişik – VİDEO
Hazırda oxunan: Simonyandan sərsəm açıqlama – İstanbulu türklərə biz hədiyyə etmişik – VİDEO
16239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.