“Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan mükəmməl etibarlı münasibətlərimiz var”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Argumentı i faktı" nəşrinə verdiyi müsahibəsində söyləyib.
MÖVZU İLƏ BAĞLI:
"Ermənistandakı hadisələrə görə Qarabağ bəyanatının pozulma təhlükəsi yoxdur" -Peskov
O, müxbirin “Qarabağ hadisələrindən sonra Zaqafqaziya respublikalarını dost olaraq tamamilə itirəcəyimiz qorxusu varmı? Ermənistanda daxili qarışıqlıq var, Azərbaycan getdikcə Türkiyəyə yaxınlaşır...” sualına cavab verərkən deyib ki, rəsmi Bakı ilə qarşılıqlı fayda verə bilən münasibətlərin çoxlu aspektləri var.
Putinin sözçüsü Ermənistanla da Rusiyanın tarixən yaxşı münasibətləri olduğunu xatırladıb:
“Rəsmi İrəvanla həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli dərəcədə fayda verən çox sayda inteqrasiya prosesimiz mövcuddur”.
Peskov fikrini belə tamamlayıb: “Baş verənlərə gəlincə isə yəqin ki, Putinin müharibəni dayandırmağındakı şəxsi rolu hər kəs tərəfindən xatırlanmalıdır”.
O, birbaşa olmasa da dolayısı yolla Ermənistanın boynuna minnət qoyub. Yəni demək istəyib ki, müharibə dayandırılmasaydı, nəinki Qarabağın, hətta Ermənistanın taleyi sual altında qala bilərdi.
Bizim.Media