Ermənistan-İran sərhədində yeni keçid məntəqəsi TİKİLƏCƏK  

Hazırda oxunan: Ermənistan-İran sərhədində yeni keçid məntəqəsi TİKİLƏCƏK  

162274

“İranla sərhəddəki hazırkı gömrük məntəqəsi digərlərindən daha pis vəziyyətdədir, tamamilə söküləcək. Mehridə gömrük məntəqəsi sıfırdan tikiləcək”.  

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan parlamentin 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında deyib. 

“Mehridəki gömrük məntəqəsinə gəlincə, bütün binalar söküləcək və sıfırdan yeni məntəqə tikiləcək”, - deyə Dövlət Gəlirləri Komitəsinin rəhbəri bildirib. 

Badasyan qeyd edib ki, modernləşmə prosesi 2026-cı ilə qədər davam edəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin