MƏHKƏMƏ İŞİ: Ər qısqanclıq səbəbindən onu bıçaqlayan arvadını BAĞIŞLADI   

Hazırda oxunan: MƏHKƏMƏ İŞİ: Ər qısqanclıq səbəbindən onu bıçaqlayan arvadını BAĞIŞLADI   

162260

Gəncə Ağır Cinayətlər Məhkəməsində 32 yaşlı E.M.-nin (red. şərti ad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Bizim.Media “caliber.az”a istinadən xəbər verir ki, 32 yaşlı qadın ərinə ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.  

Məlumata görə, Tərtər rayon sakini E.M. ərinin telefonda başqa qadınla yazışdığını görüb. Bu səbəbdən başlayan mübahisə zamanı qadın bıçaqla ərinin qarın nayihəsinə zərbə endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həkimlər onun həyatını xilas edə biliblər.  
E.M. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (“Qəsdən sağlamlığa ağır zərər vurma”) maddəsi ilə ittiham olunub. Məhkəmədə qadın təqsirli bilinib, lakin cəzanı yüngülləşdirən çoxsaylı hallar (emosional amil, əri ilə barışması və onun həyat yoldaşına qarşı iddialarının olmaması, azyaşlı uşaqlarının olması və s.) nəzərə alınaraq, o, sınaq müddəti təyin olunmaqla 3 il şərti azadlıqdan mərhumetmə ilə cəzalandırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin