“Qəzza zolağında baş verən dəhşətli hadisələrə heç nə ilə haqq qazandırmaq olmaz. Yaxın Şərqdə terrorçuları cəzalandırmaq əvəzinə, kollektiv məsuliyyət prinsipi ilə qisas almağa başladıqlarını görürük”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, Yaxın Şərqdə münaqişənin həllinin açarı suveren, tam hüquqlu Fələstin dövlətinin yaradılmasıdır.
Putin həmçinin Yaxın Şərq, Ukrayna, İraq və Suriyadakı münaqişələrdə ABŞ-ı günahlandırıb.
Bizim.Media