Bakıda dönərdən zəhərlənən 24 şagirddən yalnız biri bu gün dərsdə iştirak etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, digər şagirdlərin hamısı bu gün məktəbə gəlib.
Xatırladaq ki, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri arasında dönərdən zəhərlənmə qeydə alınıb. 24 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib. Onlar dərhal TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıblar.
Həmin şagirdlər bir neçə gün əvvəl evə buraxılıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:41 / 30.10.2023
Bakıda dönərdən zəhərlənən 23 şagird bu gün dərslərdə iştirak edib
Hazırda oxunan: Bakıda dönərdən zəhərlənən 23 şagird bu gün dərslərdə iştirak edib
Hazırda oxunan: Bakıda dönərdən zəhərlənən 23 şagird bu gün dərslərdə iştirak edib
162186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.