Hansı deputatlar elektromobil almağa HAZIRLAŞIR? – SORĞU 

Hazırda oxunan: Hansı deputatlar elektromobil almağa HAZIRLAŞIR? – SORĞU 

162148

Artıq Azərbaycanda da bir sıra insanlar minik avtomobili olaraq elektromobillərə üstünlük verməyə başlayıblar. Hətta onların arasında tanınmışlar da var. Bu günlərdə deputat Novruzəli Aslanov ekologiyanın qorunması məqsədilə elektromobil aldığını açıqlayıb. 

Görəsən, digər deputatlar da oxşar addım atmağı düşünürmü?
 

MÖVZU İLƏ BAĞLI:

Deputatlar ən çox nəyə pul xərcləyirlər? – SORĞU


Deputat Fəzail Ağamalı indilikdə elektromobil almaq barədə düşünmür:

“Hələlik elektromobil almaq fikrim yoxdur. Gələcəkdə olanda baxarıq”.

Deputat Razi Nurullayev bildirir ki, elektromobillərə xidmət yerləri məsələsi həllini tapandan sonra, bu tip maşınlardan istifadəyə keçə bilər: 

“Elektromobilləri çox sevirəm. Bu avtomobillər çox sərfəlidir. Hər kəs bunu istəyər. Bu fonda həm benzin dərdi çəkməyəcəyik, həm də xərc az çıxacaq. Həm də ekologiyanı zəhərləmirsən. Elektrikli avtomobillər bir dəfəyə 600-800 km-lik məsafə qət etməyə imkan verir. Amma rayon ərazilərində bu tip avtomobillərə xidmət yerləri yoxdur. Bu məsələ tədricən həllini tapır. Düşünürəm ki, bir-iki ilə həmin məsələ həllini tapandan sonra, ona baxmaq olar”. 

Deputat Eldar İbrahimov isə bu sualın ona aydiyyatı olmadığını dedi:

“Belə bir fikrim yoxdur. Buna imkanım da yoxdur. Elektromobillər sözsüz ki, qənaət etmək və ekologiyaya ziyan vurmamaq baxımından daha yaxşıdır. Ancaq mən maşın almıram. Ona görə də bu sualın mənə aydiyyatı yoxdur”. 

Deputat Fazil Mustafa hələlik bu məsələdə tələsmir: 

“Hələ ki, qərar verməmişəm. Çünki şərtlər uyğun gəlmir. Amma elektrikli avtomobillər daha faydalıdır”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin