“MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin budəfəki toplantısında Dağlıq Qarabağ müharibəsinin xüsusi müzakirə predmeti olacağını indidən demək mümkündür”.
Millət vəkili, politoloq Elman Nəsirov belə düşünür. Politoloq Bizim Media-ya açıqlamasında bildirdi ki, bir siyasi təşkilatın iki üzvü arasında müharibə gedir. Bu müharibəni başlayan tərəf Ermənistan dövlətidir, silahlı qüvvələridir. Ermənistanın baş nazirinin əmri ilə müharibəyə başlayıblar: “İclasda müharibənin gedişatı ilə bağlı yaranmış situasiya mütləq müzakirə predmetinə çevriləcək”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan çalışır ki, müxtəlif beynəlxalq qurumları, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, ölkələri bu prosesə cəlb etsin və müharibənin coğrafiyasını genişləndirsin: “Eyni zamanda bu konteksdə MDB-nin imkanlarından da bəhrələnmək istəyəcək. İstisna deyil ki, toplantıda müharibənin qarşısının alınması, Ermənistanın biabırçı məğlubiyyətdən yaxasını qurtarması ilə bağlı işə cəlb etməsi ortada olacaq. Azərbaycanı təmsil edən hərbçilərimiz real vəziyyəti ətraflı izah edəcəklər”.
Elman Nəsirov onu da diqqətə çatdırdı ki, Səmərqənddəki toplantının getdiyi vaxtda Çenevrədə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə görüşü keçiriləcək: “Bu iki proses paralel gedir. Hər halda Ermənistan tərəfi bu gün papağını qabağına qoyub düşünməlidir, əgər o papaq varsa”.
Politoloq hesab edir ki, Səmərqənddə keçirilən toplantıda Ermənistan hərbçilərinin törətdiyi hərbi cinayətlərlə bağlı məsələ Azərbaycan tərəfindən qaldırılacaq: “Çünki Ermənistan Silahlı qüvvələri cəbhədəki uğursuzluqlarının əvəzini Gəncədə, Bərdə də və digər şəhərlərimizdə dinc əhalini atəşə tutmaqla, raket atmaqla çıxmaq istəyirlər. Bu Ermənistanın cinayətkar fəaliyyətinin görünən hissələridir. Hesab edirəm bu məsələyə ciddi qiymət veriləcək”.
Ağanisə Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:59 / 30.10.2020
Politoloq: “Ermənilərin papağı varsa, qoyub qabaqlarına fikirləşsinlər!”
Hazırda oxunan: Politoloq: “Ermənilərin papağı varsa, qoyub qabaqlarına fikirləşsinlər!”
Hazırda oxunan: Politoloq: “Ermənilərin papağı varsa, qoyub qabaqlarına fikirləşsinlər!”
1621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.