Ancelina Coli Fələstin-İsrail münaqişəsindən DANIŞDI

Hazırda oxunan: Ancelina Coli Fələstin-İsrail münaqişəsindən DANIŞDI

162082

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli sosial şəbəkələrdə İsrail və Qəzza zolağında atəşkəsə çağırdığı post dərc edib.  

Bizim.Media xəbər verir ki, Hollivud ulduzu paylaşımında ilk növbədə heç bir tərəfi deyil, münaqişədən əziyyət çəkən mülki əhalini dəstəklədiyini bildirib. 

“Dünyada milyonlarla insan kimi, mən də son həftələr İsraildə bu qədər mülki şəxsin ölümü ilə nəticələnən terror aktından qəzəbləndim və pis oldum və necə kömək edə biləcəyimi düşündüm. Mən də bütün girovları dərhal geri qaytarılması üçün dua edirəm. Bu qədər uşaq öldürüldü və ya yetim qaldı. İsraildə baş verənlər terror aktı idi. Amma bu, nə qədər insana haqq qazandıra bilməz. Qəzzada dinc əhalinin bombalanması nəticəsində günahsız insan həyatını itirdi. Qaçmağa yeri olmayan, qida və suya çıxışı, evakuasiya imkanı olmayan, sığınacaq axtarmaq üçün sərhədi keçmək kimi sadə insan hüququndan belə məhrum olan əhali oldu”, - deyə Ancelina vurğulayıb.

Qeyd edək ki, Coli uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi olub.

Ancelina xüsusi nümayəndə kimi Keniya, Tayland, Ekvador, Sudan, Kosovo, Anqola, Şri-Lanka və İordaniyadakı İraq qaçqın düşərgələrində humanitar missiyalar çərçivəsində olub. Aktrisa, həmçinin münaqişədən zərər çəkənlərə tibbi yardım göstərən təşkilata ianə etdiyini açıqlayıb. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin