Masallıda qanunsuz ov edən şəxs TUTULDU

Hazırda oxunan: Masallıda qanunsuz ov edən şəxs TUTULDU

162015

Masallıda qanunsuz ov ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Köçəkli kəndinin ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov edən P.Abıyev saxlanılıb.

Hadisə yerində onun qanunsuz ovladığı çöl quşu və bir ədəd ov tüfəngi aşkarlanıb. Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bundan əlavə, şöbə əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri tədbirlər nəticəsində iki nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.

Faktlar üzrə Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin