Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə Astara rayon prokurorluğuna məlumat daxil olub.
Astara rayon prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Pərviz Əhmədovun rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:11 / 29.10.2023
Astarada DƏHŞƏT: 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi
Hazırda oxunan: Astarada DƏHŞƏT: 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi
Hazırda oxunan: Astarada DƏHŞƏT: 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi
161990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.