Bu gün səhər saatlarında Bakı şəhərindən köç karvanı ilə Zəngilan rayonunun Ağalı kəndinə yola düşən 127 nəfərdən ibarət 25 ailə öz doğma yurduna çatıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, kəndə qədəm qoyan ailələr Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin digər rəsmi şəxslər və Ağalıya daha öncə köçən ailələr tərəfindən böyük coşqu ilə qarşılanıblar.
Daha sonra ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərə mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da, Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub.
Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. Hazırda Ağalı kəndinə növbəti ailələrin köçürülməsi də planlaşdırılır və bu məqsədlə hazırlıq işləri görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:02 / 28.10.2023
Daha 25 ailə Ağalıya qayıtdı - FOTO
Hazırda oxunan: Daha 25 ailə Ağalıya qayıtdı - FOTO
Hazırda oxunan: Daha 25 ailə Ağalıya qayıtdı - FOTO
161954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.