İspaniya La Liqasında 11-ci turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, turun mərkəzi və maraqla gözlənilən görüşü bu gün keçirilib.
"Barselona" öz meydanında əzəli rəqibi "Real"ı qəbul edib. Mövsümün ilk "El-Klassiko"sunda Madrid təmsilçisi son dəqiqələrdə vurduğu qol ilə qələbə qazanıb - 1:2.
Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Real" liderliyə yüksəlib. "Barselona" isə 24 xalla 3-cüdür.
28 oktyabr
İspaniya La Liqası, 11-ci tur
18:15. "Barselona" - "Real" - 1:2
Qollar: Gündoğan 6 - Bellinqem, 68, 90+2
Baş hakim: Xesus Gil Mansano
"Olimpiya Stadionu".
Bizim.Media

- A-
- A
- A+
İdman
21:08 / 28.10.2023
\"El-Klassiko\"nu \"Real\" qazandı
Hazırda oxunan: \"El-Klassiko\"nu \"Real\" qazandı
Hazırda oxunan: \"El-Klassiko\"nu \"Real\" qazandı
161937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.