Ceyhun Bayramov Lavrovla Azərbaycan-Ermənistan arasında davamlı sülhü MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla Azərbaycan-Ermənistan arasında davamlı sülhü MÜZAKİRƏ EDİB 

161927

28 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər. 

Söhbət əsnasında Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb. 
Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin