İranda hicab taxmadığı üçün əxlaq polisi tərəfindən döyülən yeniyetmə ÖLDÜ - FOTO 

Hazırda oxunan: İranda hicab taxmadığı üçün əxlaq polisi tərəfindən döyülən yeniyetmə ÖLDÜ - FOTO 

161886

Bu gün İran hökumətinə bağlı xəbər agentlikləri oktyabrın 1-də Tehran metrosunda əxlaq polisinin hücumu və zorakılığı nəticəsində günlərdir komada olan 16 yaşlı yeniyetmə qız Armita Gəravəndin öldüyünü bildirib. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. 

“Aparılan intensiv tibbi müalicədən və 28 gün reanimasiyada qaldıqdan sonra Armita kəllə-beyin travması səbəbindən dünyasını dəyişib” – məlumatda qeyd olunub. 

Qeyd edək ki, Armita Gəravənd məktəbə getmək üçün metro vaqonuna daxil olduqdan sonra məcburi hicab qanunlarına riayət etmədiyi üçün repressiv “Əxlaq” polisinin zorakılığına məruz qalmışdı. Belə ki, repressiv hicab məmuru tərəfindən itələnərək başı platformaya dəymiş və komaya düşmüşdü. Lakin İranın bir sıra hökumət yönümlü xəbər agentlikləri onun komada olmasını qan təzyiqinin qəfil düşməsi kimi qələmə verib.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin