Sumqayıtda yaralananların SON DURUMU 

Hazırda oxunan: Sumqayıtda yaralananların SON DURUMU 

161874

Sumqayıt şəhəri 16-cı mikrorayonda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər. 

Bizim.Media xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, xəstəxanaya gətirilənlərdən Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin