Azərbaycanın hesabına UEFA reytinqində xal əlavə olunmayıb.
Bizim.Media xəbər verir ki, buna “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” komandasına 1:5 hesabı ilə məğlub olması səbəb olub.
Nəticədə ölkənin cari mövsümdəki əmsalı 3,625-də qalıb.
Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.
Reytinq cədvəlinə 93,178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75.855) isə üçüncü pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:48 / 27.10.2023
UEFA reytinqi: Azərbaycan mövqeyini QORUDU
Hazırda oxunan: UEFA reytinqi: Azərbaycan mövqeyini QORUDU
Hazırda oxunan: UEFA reytinqi: Azərbaycan mövqeyini QORUDU
161768
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.