Şəmkirdə arvadını güllələyən şəxsin məhkəməsi BAŞLAYIR 

Hazırda oxunan: Şəmkirdə arvadını güllələyən şəxsin məhkəməsi BAŞLAYIR 

161760

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb. 

Şəmkir rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini 1999-cu il təvəllüdü Zəhra Əhmədovanın öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. 

İstintaqla, aralarında yaranmış mübahisə səbəbindən 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Əfsun Əhmədova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Cinayət işinin istintaqı tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin