Nuradan psixoloqun qalmaqallı fikirlərinə REAKSİYA: “3 milyon dollara emosional ehtiyacım var” – FOTO 

Hazırda oxunan: Nuradan psixoloqun qalmaqallı fikirlərinə REAKSİYA: “3 milyon dollara emosional ehtiyacım var” – FOTO 

161739

Psixoloq Əfsanə Rüstəmovanın “Günə son” ictimai-sosial verilişində söylədiyi "Emosional ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi bir haqqı var. Mənim əgər 3000 min manatlıq telefon kimi emosional bir ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək kimi şansım var" fikirləri cəmiyyətdə və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Bizim.Media xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkə hesabında qalmaqallı məsələyə özünəməxsus şəkildə münasibət bildirib. 

“Təcili 3 milyon dollara emosional ehtiyacım var”, - deyə Nura vurğulayıb. 

Qeyd edək ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Siz insanların ailəsini dağıtmaq istəyirsiniz? Olmaz axı... Sonra da deyəcəksiniz ki, boşanmaların sayı çoxalıb. İnsan xəyanətə və ya başqa bir hadisəyə görə boşanar. Telefona görə isə insan boşanmaz. İnsanları düzgün yaşaması üçün formalaşdırmaq lazımdır.
Mən bu xanım psixoloqu tanımıram. Ola bilər ki, o, şəxsiyyətcə yaxşı insandır, amma onun bu danışığı... Bu qadın özü də psixoloqdur... Biz psixoloqları dinləyirik ki, yaxşı düşünək, yaşayaq. Televiziya aparıcıları, reytinq xatirinə deyəsən, camaatı yaman günə qoymaq niyyətindəsiniz... Yığışdırın bu şeyləri...” sözləri ilə reaksiya bildirib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin