Zaxarova: “Paşinyana verilən təxribatçı suallar bizə də ünvanlanır, lakin biz…” - VİDEO 

Hazırda oxunan: Zaxarova: “Paşinyana verilən təxribatçı suallar bizə də ünvanlanır, lakin biz…” - VİDEO 

161672

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın “WSJ”yə müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Qərb kütləvi informasiya vasitələrinin rəsmi İrəvanın nümayəndələrindən güclə təxribatçı suallara cavab alırlar.

“Həmin müsahibədə Ermənistanın Rusiya ilə əlaqələrinin əhəmiyyətinin rolunun azaldılmasına cəhd edilib. Bizdən də tez-tez soruşurlar, təxribatçı suallar verirlər. Lakin biz “bütün mövcud məsələləri Ermənistanla ikitərəfli kanallar vasitəsi ilə həll edirik” deyə cavab verməyə üstünlük veririk. Bilirik ki, bu sualların məqsədi Moskva və İrəvan arasında çoxplanlı əlaqələrə zərər vurmaqdır”. 
Təəssüflər olsun ki, hazırki Ermənistan reallığında bu cür təhriklər işləyir”, - deyə Zaxarova qeyd edib.  

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin