Zaxarova: "Moskva Azərbaycan və Ermənistan arasında üçtərəfli sammiti qəbul etməyə hazırdır"

Hazırda oxunan: Zaxarova: "Moskva Azərbaycan və Ermənistan arasında üçtərəfli sammiti qəbul etməyə hazırdır"

161669

“Rəsmi Moskva İrəvanın siyasi iradəsini nəzərə alaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün platforma təqdim etməyə hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. 

“Əgər İrəvanda siyasi iradə olarsa, biz əvvəlki kimi tam üçtərəfli sammitə çıxmaq perspektivi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərini Rusiya ərazisində qəbul etməyə hazırıq”, - deyə Zaxarova qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin