“Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə yeni tələblər və yanaşmalar ortaya çıxır. Bunlardan biri də daim qarşımıza çıxan qiymətləndirmə sahəsidir ki, bunlar da həm dövlət, həm bələdiyyə mülkiyyəti, həm də daşınar və daşınmaz əmlak, eyni zamanda, əqli mülkiyyət və digər sahələrdir. Həmin sahələrin qiymətləndirilməsi üçün də yeni palatanın yaradılması nəzərdə tutulub”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Azərbaycanda Qiymətləndirmə Palatasının yaradılması ilə bağlı danışan deputatın sözlərinə görə, qanuna əsasən, qiymətləndirməni həyata keçirəcək peşəkar mütəxəssislərin yetişdirilməsi də planlaşdırılır:
“Onlar xüsusi sertifikatlar alacaq və iqtisadiyyatın digər bütün sahələri üzrə qiymətləndirməni apara biləcəklər. Bunlar da əsasən bank girovları, zinət əşyaları, təhsil, əqli mülkiyyət, müəllif hüquqları və digər sahələrlə bağlı olacaq”.
Qeyd edək ki, qanunda, vətəndaşların kredit götürmə imkanları və faiz dərəcələri ilə bağlı müddəalar da əks olunub.
Bəs bu proses necə tənzimlənəcək?
Müsahibimiz bildirib ki, indiki halda bank girovları ilə bağlı qiymənləndirməni bankın öz mütəxəssisləri aparır:
“Qanun qəbul olunduqdan sonra isə bunu yaradılacaq palatanın mütəxəssisləri həyata keçirəcək. Əgər kimsə girov müqabilində bankdan kredit götürmək istəyirsə, onlar qiymətləndirmə aparacaqlar.
Əgər girov qoyulan əmlakın dəyəri müvafiqdirsə, o zaman qarşı tərəflə birlikdə müvafiq qərar qəbul edəcəklər. Həmin tərəf həm fiziki, həm də hüquqi şəxs ola bilər. Bu məsələdə dünya təcrübəsi və mövcud bazar da nəzərə alınacaq”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 27.10.2023
Banklara girov qoyulan malları yeni qurum QİYMƏTLƏNDİRƏCƏK – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Banklara girov qoyulan malları yeni qurum QİYMƏTLƏNDİRƏCƏK – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Banklara girov qoyulan malları yeni qurum QİYMƏTLƏNDİRƏCƏK – Deputatdan AÇIQLAMA
161655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.