Yer adlarımızın səhv yazılmasına görə  "Google"la müzakirələr aparılır - RƏSMİ

Hazırda oxunan: Yer adlarımızın səhv yazılmasına görə  "Google"la müzakirələr aparılır - RƏSMİ

161640

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Google map”də Azərbaycana məxsus yer adlarının düzgün verilməməsi ilə bağlı şirkətlə müzakirələr aparır.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xidmətin rəisi Samir Rəsulov bildirib.

"Həqiqətə uyğun olmayan məlumatların silinməsi üçün işlər gedir. "Google Map"da bir neçə nəfər müraciət edərək, bir yeri tag edərək, hər hansı ad verə bilərlər. Bu, platformanın texniki imkanlarıdır.

Bu istiqamətdə müzakirələr aparırıq. Xəritədə həqiqətə uyğun olmayan yerlər, təxribat xarakterli məqamlar aşkar etdikdə aidiyyatı üzrə müraciət olunur, silinməsi bildirilir və həmin nöqtələr silinir. Bu imkanlar bütün ölkələr, bütün istifadəçilər üçün eynidir. Vətəndaşlar belə yerlərlə rastlaşırlarsa, bizə müraciət edə bilərlər. Biz lazımı tədbirləri görəcəyik", - deyə o qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin