Kanadanın xarici işlər naziri Azərbaycanla sərhədə gəldi - FOTO

Hazırda oxunan: Kanadanın xarici işlər naziri Azərbaycanla sərhədə gəldi - FOTO

161579

Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Cermuxa (İstisu), Azərbaycanla sərhədə gəlib.

Bizim.Media "armenpress"ə istinadən xəbər verir ki, Kanada XİN rəhbəri Cermuxdakı Avropa İttifaqı Monitorinq Missiyasının mərkəzinə baş çəkib.

“Kanadanın da qoşulduğu Avropa İttifaqı missiyasının həyata keçirdiyi işlər haqqında daha çox öyrənmək üçün Cermuxda olmaq çox xoşdur. Kanada bu missiyaya qoşulan ilk qeyri-Aİ ölkəsidir. Biz logistika məsələlərini müzakirə edəcəyik”, - kanadalı nazir Aİ müşahidəçiləri ilə görüşdə deyib.

Kanadanın xarici işlər naziri səfəri zamanı həmçinin döyüş mövqelərinə baş çəkəcək, Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüşəcək. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin