Dövlət Xidmətinin inzibati binasının həyətində avtomobil yanıb

Hazırda oxunan: Dövlət Xidmətinin inzibati binasının həyətində avtomobil yanıb

161522

Balakəndə avtomobil yanıb. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının həyətində baş verib. 

Kəlbəcər rayon sakini, Cavid Zakir oğlu Bahadırlıya məxsus park edilmiş “Nissan Sunny” markalı 10-TS-882 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. 
Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Yanğın nəticəsində maşın yararsız hala düşüb, xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin