Namiq Mənanın oğlunun başında şiş AŞKARLANIB - VİDEO 

Hazırda oxunan: Namiq Mənanın oğlunun başında şiş AŞKARLANIB - VİDEO 

161508

"Oğlum Mənanın 3 ay əvvəl ardıcıl olaraq 1 ay fasilə ilə "sudurqa"sı (epileptik tutma - red.) oldu. Bu hal o, yuxuda olanda baş verir. Sonra onu müayinələrdən keçirtdik, başını "MRT" (Maqnit Rezonans Tomoqrafiya - red.) elətdirdik. Nəticədə bəlli oldu ki, Mənanın başında xoş xasisəli 2 sm. öçüsündə meningioma (Ən çox rast gəlinən xoş xassəli baş beyin şişləri olub, beynin üzərini örtən qoruyucu təbəqə olan meninks – beyin örtüyündən əmələ gəlir - red.) var".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənanın atası meyxanaçı Namiq Məna qonaq olduğu "Bizimləsən" ictimai-sosial proqramında deyib. 

Söz xiridarı oğlunun ağırlaşan səhhəti ilə bağlı bunları söyləyib:

"Oğlumun beynində meningioma aşkar olduqdan sonra təşvişə düşdük. Şükürlər olsun ki, oğlum əməliyyat olundu, müalicələr aldı. Hər şey indi normaldır”. 
‘Məna isə "Yuxuda "sudurqa" məni tutduğuna görə hiss etmirdim heç nə. Yuxudan məni ayıldırdılar, mən də ayılırdım. Üç dəfə ara verə-verə "sudurqa"m olub" sözləri ilə sağlamlıq vəziyyətini ifadə edib.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin