Təxminən saat 11 radələrindən Xaçmaz rayonunun Xudat şəhərinə və 19 kəndə müvəqqəti olaraq təbii qazın verilişi dayandırılıb.
Bizim.Media-nın “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən əldə etdiyi məlumata görə, qaz verilişinin dayandırılmasına səbəb Ləcət paylayıcı stansiyasında sızma müşahidə edilməsidir.
Artıq bərpa işlərinə başlanılıb. Yaxın 2 saat ərzində qaz verilişi bərpa ediləcək.
Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:27 / 25.10.2023
Xaçmazda qaz KƏSİLDİ – SƏBƏB
Hazırda oxunan: Xaçmazda qaz KƏSİLDİ – SƏBƏB
Hazırda oxunan: Xaçmazda qaz KƏSİLDİ – SƏBƏB
161416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.