Qarabağla bağlı istənilən danışıq dövlətçiliyimizə ölümcül zərbədir - Erməni bloger

Hazırda oxunan: Qarabağla bağlı istənilən danışıq dövlətçiliyimizə ölümcül zərbədir - Erməni bloger

161408

“İstəyirəm ki, biz aydın başa düşək. Daşnaklar və onların müttəfiqləri tərəfindən Qarabağın “qaytarılması” ilə bağlı səslənən şüarlar Ermənistan Respublikası üçün ölümcüldür. Xəyallar səltənətindən çıxmaq və həqiqətlə üzləşmək lazımdır. Azərbaycanı Qarabağdan əl çəkməyə məcbur edəcək heç bir qüvvə yoxdur. Qarabağın erməni dövləti kimi səhifəsi bağlanıb”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni bloger Natali Aleksanyan öz Facebook səhifəsində yazıb.

“Ermənistan Qarabağı silahın köməyi ilə ələ keçirə bilməz, çünki bunun ardınca ağır əks-hücum olacaq və bu zaman daxili strateji ərazilərimiz itiriləcək. Ermənistan Qarabağı diplomatik yolla ələ keçirə bilməz.

Ermənistanın belə diplomatik gücü olsaydı, Qarabağı itirməzdi. Və nəhayət, Ermənistan beynəlxalq ictimaiyyətin köməyi ilə də Qarabağı ələ keçirə bilməz, çünki beynəlxalq birlik bu məsələyə öz yanaşmasını açıq şəkildə göstərdi: boş şüarlar və sıfır dəstək.

Ona görə də Qarabağın qaytarılması ilə bağlı istənilən danışıq Ermənistanın dövlətçiliyinə ölümcül zərbədir. Qarabağın qaytarılması ilə bağlı tezislər fonunda Azərbaycan Ermənistanla barışmayacaq, yəni Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri heç vaxt düzəlməyəcək. Bu isə Ermənistanın yeganə təchizatçısı kimi Rusiyadan asılılığını davam etdirməsi deməkdir.

Məhz bu səbəbdən revanşist qüvvələr daim Qarabağın mümkün qaytarılmasını müdafiə edir və Ermənistanda mühacirətdə olan Qarabağ hökumətinin qurulması üçün hər şeyi edirlər. Nəhayət, yalançı vətənpərvərliklə Ermənistanı əldə etmək istəyini ört-basdır edən Rusiya öz agentlərinin köməyi ilə Qarabağın qaytarılması tezisini erməni cəmiyyətinə sırımağa çalışır.
Və bu fonda Artur Osipyan kimi Qarabağı tərk edən ilk “vətənpərvərlərin” Ermənistan Qarabağdan əl çəksə, gələcəyinin olmayacağı barədə söhbətləri getdikcə təhlükəli xarakter alır.

Ermənistanın gələcəyi qonşuları ilə münasibətlərin normallaşdırılmasındadır. Qarabağla bağlı boş xəyallar isə sadəcə olaraq bu normallaşmaya son qoyacaq.

Və nəhayət, mən bu Qarabağ “vətənpərvərlərinə” bir sual vermək istəyirəm: niyə siz varsınız, "vətəniniz" (Qarabağdakı keçmiş qondarma rejimi nəzərdə tutur) isə yoxdur? Siz öz canınızı "vətəninizdən" üstün tutursunuz? Yerablurda yatan övladlarımız "vətəniniz" üçün canlarından keçdi, siz isə alovlu vətənpərvər olaraq öz həyatını "vətəninizin" həyatından çox qiymətləndirdiniz.

Belə olan halda mənim vətənim olan, amma heç də sizin olmayan Ermənistan Respublikasına nə qədər dəyər verirsiniz?

P.S: Ermənistanda fəaliyyət göstərən və Osipyan kimilərini mikrofonla təmin edən bir çox KİV Ermənistanın dövlətçiliyinə birbaşa ziyan vurur”, - deyə bloger vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin