Bakıda qəpiklik Valerian niyə qəhətə çəkilib? - REPORTAJ

Hazırda oxunan: Bakıda qəpiklik Valerian niyə qəhətə çəkilib? - REPORTAJ

16126

Pişikotu tərkibli Valerian preparatının xəstələrə rahatladıcı və sakitləşdirici təsir etdiyini danmaq olmaz. Valerianın hər kəsin evində olması vacib sayılan dərmanlardandır. Son 10 gündən artıqdır ki, bu preparat paytaxt apteklərində tapılmır. Qəhətə çəkilən dərmanın hansı səbəbdən satışdan yığışdırlması məlum olmadığı kimi həm də müəmmalıdır. 

Saytımıza bununla bağlı daxil olan şikayətləri nəzərə alaraq Bizim.Media Bakının bir neçə aptekində müşahidə aparıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqlar arasında yeni infeksiya – Daha 6 uşaq xəstəxanaya yerləşdirildi


Suraxanı rayonunun Günəşli qəsəbəsində üz tutduğumuz apteklərdən bu preparatın heç bir növünü tapa bilmədik.

Bəzi əczaçılar hətta aqressiv davranış sərgiləməklə, sanki Valerian preparatı tələbimizi bəyənmirdirlər. Belə bir təəssürat var idi ki, bu tələblə onlara yaxınlaşanlar çoxdur. Daha sonra Hövsan qəsəbəsindəki apteklərə baş çəkdik. Əczaçıların bəziləri qeyd olunan dərmanın bir həftə, bəziləri 10 gündən artıq, bəziləri isə 2-3 gündür ki, dərman deposundan bitdiyini dedilər.
 

Müşahidəni şəhər mərkəzində davam etdirdik. “28” may metrosu yaxınlığındakı bir neçə aptekə üz tutduq. Bu dəfə daha qəribə mənzərə ilə rastlaşdıq.


Şəhər apteklərinin bəzilərində Valerian preparatının tablet şəkilli deyil, sulu məhlulunun olduğu deyildi. Səbəbini soruşduqda şübhəli və cavabsız baxışlar preparatın niyə qəhətə çəkildiyini anlatmış oldu. Başqa söz və düşüncəyə gərək qalmadan yolumuzu digər apteklərdən salmaqla əldə etdiyimiz informasiyaları incələdik.  

Pandemiya və epidemioloji durumun gərgin olduğu bir dövrdə sakitləşdirici preparatı yoxa çıxarıb, insanların qəsdinə duranlar kimlərdir, bilmirik. Görünən odur ki, ürəyində narahatlığı olan, stress və həyəcandan əziyyət çəkən, bu dərman preparatından tez-tez istifadə edən şəxslərin ehtiyacı olduğu Valerian əməlli-başlı qəhətə çıxıb. 

Xatırladaq ki, ötən ilin fevralında Azərbaycanda pandemiya mövcud olan dövrdə də Valerian preparatı bir müddət apteklərdə tapılmadı.

İnsanların çoxsaylı şikayət və gileyindən xeyli sonra sözügedən dərman aptek şəbəkələrinə gətirilməyə başlandı. Yenidən eyni ssenarinin yaşanması maraq doğurur. Hər halda səbəbini səlahiyyətlilərimiz daha yaxşı bilər...
 

Qeyd edək ki, Valerian preparatı psixoleptik qrupuna aiddir və mərkəzi sinir sistemi üzərində orta sedativ təsir göstərir.


Dərmanın əsas fəal tərkib hissəsi valerian dərman iltihabı və köküdür. Valerian tabletləri bitki mənşəli bir dərmandır. Hər bir tabletdə 200 mq aktiv tərkib var. 30 dəqiqə sonra orta sinir sistemində orta səviyyəli bir sedativ təsir içərisində həb qəbul edildikdən sonra müşahidə edilir.
Kiçik bir həyəcan, ürək döyüntüsü daha tez və qan təzyiqi yüksələn zaman əl Valeriana uzanır.

Sakitləşdirir, ürəkdəki ağrıları aradan qaldırır, ürək fəaliyyətini normallaşdırır. Sanki bir narahatlıq olmayıb. 

Valerian tabletlərinin orta qiyməti Moskvada 25-50 rubl təşkil edir. Azərbaycanda isə bu preparat 52- 80 qəpik civarındadır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin