Lənkəranda torpaq sürüşməsi OLDU - FOTO 

Hazırda oxunan: Lənkəranda torpaq sürüşməsi OLDU - FOTO 

161251

Lənkəranda Veravulçayın daşması nəticəsində, rayonun Vilvan kəndində torpaq sürüşməsi baş verib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Lənkəranda yağan intensiv yağışlar Veravulçayının daşmasına səbəb olub. 10 yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb. Vaxtilə 60-65 metr aralıda olan torpaq qatı indi evlərin 10 metrliyinə kimi yaxınlaşıb. 

Torpaq uçqunu sakinlərin təsərrüfatlarına da xeyli ziyan vurub. Meyvə və sitrus ağaclarını, eləcə də torpaq sahələrini, salınan istixanaları  aparıb. 

Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran rayon Yuxarı Xanbulançay Hidroqovşağı İstismar idarəsinin mütəxəssisi Ayıq Əliyev bildirib ki, idarə tərəfindən ağır texnikalar ayrılıb. Hava şəraiti imkan verən kimi, çayda məcradəyişmə işləri aparılacaq. 
Qeyd edək ki, hazırda çayda 2 km məsafədə sahilbərkitmə işləri görülür və tamamlanmaq üzrədir. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin