Xaçatryan məhkəmədə YENƏ AĞLADI: “Mənim əlimdə silah olmayıb” – VİDEO  

Hazırda oxunan: Xaçatryan məhkəmədə YENƏ AĞLADI: “Mənim əlimdə silah olmayıb” – VİDEO  

161246

“Mənim əlimdə silah olmayıb. Heç bir silahlı hücumda iştirak etməmişəm”. 

Bizim.Media xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımdan təqsirləndirilən erməni əsilli Vaqif Xaçatryan deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO
  


O bildirib ki, Meşəli hadisələrində iştirak etməyib:  

"Mən nəinki Meşəlidəki hadisədə, heç bir hücumda iştirak etməmişəm. Meşəli hadisələri barədə bizim Badara kəndi bilməyib. Bizə sonradan dedilər ki, Meşəlidə ermənilər iki nəfəri öldürüb. Biz Meşəli kəndinin sakinləri ilə ailəvi gediş gəlişiniz var idi. Toyda xeyir-şərində iştirak etmişik. Ay qardaşlar, xahiş edirəm, mən orda olmamışam. Mənim xəbərim yoxdur".  

V. Xaçaturyan məhkəmədə yenidən ağlayıb:  

"Həmin vaxt mən qızlarımın yanında olmuşam. Məni günahlandırmayın". 

Nuranə Daxilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin