Voleybol üzrə Azərbaycan çempionatının PÜŞKÜ ATILDI  

Hazırda oxunan: Voleybol üzrə Azərbaycan çempionatının PÜŞKÜ ATILDI  

161223

Voleybol üzrə Azərbaycan çempionatlarının püşkatma mərasimi keçirilib.  

Bizim.Media xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, AVF-nin digər əməkdaşları, klub rəhbərləri və nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər.  

Bildirilib ki, həm qadınlar, həm də kişilər arasında ölkə birinciliyində altı komanda iştirak edəcək. Komandaların bu il çempionata daha güclü və təcrübəli heyətlərlə qatıldığı vurğulanıb.  

Qeyd edək ki, ölkə çempionatı noyabrın 6-da start götürəcək. Yeni mövsümdə Azərbaycan çempionatlarında 6 qadın, 6 kişi komandası iştirak edəcək.  

Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Dörd dövrədən sonra ilk  4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər. Play-off mərhələsində 2 oyun (əgər tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa, qızıl set oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 oyun keçiriləcək. 

Qadınlar: “Abşeron VK”, “AZERRAIL VK”, “Gəncə VK”, “Milli Aviasiya Akademiyası VK”, “Murov Az Terminal VK”, “UNEC VK”. 

Kişilər: “AZERRAIL VK”, “Xarı Bülbül Laçın VK”, “Xarı Bülbül Şuşa VK”, “MOİK VK”, “Murov Az Terminal VK”, “Neftçi VK”. 

Qeyd edək ki, oyunların keçirilmə vaxtları ilə bağlı məlumat veriləcək.  

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin