“Bütün narkotik istifadəçilərini tutsaq, 50 əlavə həbsxana tikməliyik” – DEPUTAT 

Hazırda oxunan: “Bütün narkotik istifadəçilərini tutsaq, 50 əlavə həbsxana tikməliyik” – DEPUTAT 

161152

Məlum olduğu kimi Azərbaycanda az miqdarda narkotikdən istifadəyə görə cinayət məsuliyyəti ləğv olunub. İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik edilib. 

Hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə isə 300 manatdan 400 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 2 ayadək müddətə inzibati həbs tətbiq edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qadın həbsdə olan ərinə narkotik APARDI – FOTO 


Maraqlıdır, satışı cinayət məsuliyyəti yaradan, narkotikdən az miqdarda qəbulun leqallaşdırılması, üstəlik heç bir cinayət məsliyyəti yaratmaması absurd qərar deyilmi? 

Mövzu ilə bağlı Bizim.Meda-ya danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, narkotikdən istifadə edənlərə qurban kimi yanaşmalı və onlara kömək etməliyik:

“Bəli qanunvericilikdə narkotik istifadə edənin cinayət məsuliyyətinə cəlb olunması yoxdur. Əgər kim narkotiki satırsa, cinayət törətmiş olur və məsuliyyətinə cəlb edilir.

Əsasən istifadə edənlər fırıldaqçı və narkotacirlərin torlarına düşənlərdir. Məktəb yaşlı uşaqları, tələbələri və gəncləri cəlb edirlər. İstifadəçilər bütün dünyada qurban kimi sayılır və mən də elə onların qurban kimi sayılmasının tərəfdarıyam. 

Əgər narkotik istifadə edənlərin hamısını həbsxanaya salsaq, onda Azərbaycanda yenidən 50 həbsxana tikməliyik. Ona görə də bu məsələ mümkün və lazım da deyil. Əksinə onu satanları və insanları məhv edib tora salanlara qarşı cəzaların sərtləşdirilməsinə, eləcə də qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var. 

Görün, nə qədər gənclərimizin həyatı məhv olur. 

Bilirsiz ki, narkotikə öyrəşmək alışqanlıq yaradır. Məqsəd isə narkotik satanların  milyonlar qazanmasıdır. Ona görə də istifadəçilərə qurban kimi yanaşmağımız və kömək etməyimiz daha məqbuldur. Nəinki onları cinayətə cəlb edib, həbsxanaya salmaq...”, - deyə deputat əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin