İmran Xanın məhkəməsi başladı

Hazırda oxunan: İmran Xanın məhkəməsi başladı

161147

Pakistanın keçmiş Baş naziri İmran Xan və onun partiya üzrə həmkarı, sabiq xarici işlər naziri Şah Mahmud Qureşi bazar ertəsi Cənubi Asiya dövlətinin Rəsmi Sirləri Aktı əsasında ittiham olunublar.

Bizim.Media xəbər verir ki, Pakistanın “Geo TV” telekanalının məlumatına görə, cinayət işinə baxılması üzrə ilk məhkəmə iclası İmran Xanın saxlandığı Ravalpindidəki Adiala həbsxanasında xüsusi məhkəmə hakimi Abual Hasnat Zülqarneyn tərəfindən keçirilib.

Telekanalın xəbərində əlavə edilib ki, keçmiş Baş nazir və Şah Mahmud Qureşi ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.
Sözügedən cinayət işi Vaşinqton və İslamabad arasında diplomatik əlaqə ilə bağlıdır. İmran Xan iddia edir ki, bu proses onun rəhbərlik etdiyi Pakistanın Təhrik-e-İnsaf (PTI) partiyası hökumətini devirmək üçün ABŞ-ın sui-qəsdinin bir hissəsidir. Amma Vaşinqton və İslamabad bu ittihamı dəfələrlə rədd ediblər.

Bu gün keçirilən məhkəmə iclasında hakim ikilinin ittiham aktının dayandırılması ilə bağlı vəsatətlərini təmin etməyib.

Məhkəmə prosesi oktyabrın 27-dək təxirə salınıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin